Şimal bölgəsində mərkəzi istilik sisteminin işə düşmə tarixi açıqlanıb. Bu haqda ShimalNews 12 oktyabr tarixində Trend-ə istinadən məlumat verir.
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarında noyabrın 1-dən istilik mövsümü başlayacaq.
Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib.
Paytaxt Bakıda isə istilik sistemi noyabrın 15-də işə düşəcək.