Qusarda badminton idman növü üzrə təlim məşqləri keçirilib. Bu haqda ShimalNews 11 oktyabr tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

“Sağlam həyat” layihəsi çərçivəsində baş tutan tədbir Olimpiya İdman Kompleksində təşkil edilib. Təlimlərə 30 idmançı qatılıb.

Məşqlərin keçirilməsində məqsəd bu idman növünün uşaq və yeniyetmələr arasında təbliği və inkişaf etdirilməsidir.