Bu gün Qubanın icra başçısı İlqar Mahmudov vətəndaşların fərdi qaydada qəbulunu keçirib. Bu barədə ShimalNews 11 oktyabr tarixində məlumat verir.

Tədbirdə əvvəlcədən müraciət etmiş 28 nəfər sakin iştirak edib. Onlar məşğulluq, torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik və digər sosial müdafiə məsələləri ilə bağlı müraciətlər ediblər.

Sakinlərin şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparılıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə icra başçısı tapşırıqlar verib.