Xaçmaz KOB İnkişaf Mərkəzi növbəti təlimini keçirib. Bu haqda ShimalNews 11 oktyabr tarixində məlumat verir.

“Biznes ideyasının yaradılması, təhlili və uğurlu biznes ideyasının seçilməsi” mövzusunda təşkil edilən görüşdə 17 nəfər iştirak edib. Qonaqlara biznes ideya nədir, ideyanın yaradılması və onun reallaşdırılması mərhələləri, biznes fəaliyyətini inkişaf etdirmək və uğur qazanmaq üçün lazım olan tədbirlərlə bağlı məlumat verilib. Həmçinin onlara biznes ideyanın təkmilləşdirilməsi, mövcud ideyanın analiz edilməsi və uğurlu biznes ideyasının seçilməsi barədə danışılıb.

Xaçmaz KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.