İsmayıllıda “Gəlin birlikdə qaçaq!” şüarlı marafon baş tutacaq. Bu barədə ShimalNews 11 oktyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən yarış noyabrın 5-i baş tutacaq. Yarışda kişi və qadın kateqoriyaları üzrə qalib gələn idmançılar mükafatlandırılacaqlar.
Marafonda qeydiyyatdan keçən şəxslər iştirak edə biləcəklər.