İsmayıllı rayonunda Beynəlxalq Qızlar Günü ilə əlaqədar tədbir keçirilib. Bu haqda ShimalNews 11 oktyabr tarixində məlumat verir.

Toplantıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) əməkdaşları, İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndələri və valideynlər iştirak ediblər. Qonaqlar çıxışlarında Beynəlxalq Qızlar Gününün keçirilməsinin tarixi və məqsədi haqqında məlumat veriblər. Onlar qızların qarşılaşdığı problemlər və həlli yolları barədə diskussiya aparıblar.

Mövzu ilə əlaqəli sosial çarx nümayiş etdirilib.