Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov Qubada vətəndaşları qəbul edəcək. Bu barədə ShimalNews 11 oktyabr tarixində məlumat verir.
Görüş oktyabrın 16-sı saat 10:00-da Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək. Burada vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciət edə biləcəklər.
Qəbulda iştirak etmək istəyən şəxslər “Çağrı Mərkəzi”nə (1652) və Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-40) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.