Qusarın futbol komandası 2-ci Liqanın 5-ci turunda qalib olub. Bu barədə ShimalNews məlumat verir.
Bu oyunda “Qusar” FK-nın rəqibi “Cəbrayıl” FK komandası olub. Matç “Kapital Bank Arena”nın ehtiyat meydançasında baş tutub. Oyun komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.