Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bu haqda ShimalNews 4 oktyabr tarixində Report-a istinadən məlumat verir.
Gülalan kəndi ərazisində “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən “Daewoo Nexia” markalı minik avtomobili ilə toqquşub. 40 yaşlı Vüqar Məmmədov, 36 yaşlı Mahir Paşayev və 22 yaşlı Vüsal Sadıqov yaralanıblar.
Faktla bağlı araşdırma aparılır.