Xaçmazda yüksək gərginlikli elektrik xəttində qəza baş verib. Bu barədə ShimalNews 4 oktyabr tarixində məlumat verir.

Elektrik şəbəkə idarəsindən bildirilir ki, hadisə güclü yağış nəticəsində baş verib. Yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Sakinlər bu halların daim baş verdiyindən narazıdırlar. Elektrik təminatı külək əsən kimi, yaxud yağış yağan kimi dayandırılır. Evlərdə məişət texnikası sıradan çıxır, qida məhsulları xarab olur. Qəzalar güclü yanğınların baş verməsinə səbəb olur.