Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 4 sentyabr tarixində RİH-yə istinadən məlumat verir.
Görüş Susayqışlaq kəndində yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinin iştirakı ilə təşkil edilib.
Burada, eləcə də Maqsudkənd, Şollar, Pərdiqıran və Çaxçaxlı kəndlərinin sakinləri müraciətlərini səsləndiriblər. Onlar daxili yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, yeni bağça binasının inşası və digər sosial məsələlərdən bəhs ediblər.
Məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Həmçinin bəzi müraciətlər yerindəcə həll edilib.