Qubada “Qadın Sahibkarlığının İnkişafı” adlanan tədbir həyata keçirilib. Bu barədə ShimalNews 4 oktyabr tarixində məlumat verir.

Görüş QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı ilə təşkil olunub. Bura sahibkar olmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan 25 qadın qoşulub.

Tədbirdə KOBİA, Dövlət Məşğulluq Agentliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba QHT-lərin Resurs və Təlim Mərkəzinin nümayəndələri iştirak ediblər. Məqsəd bölgələrdə qadınların sahibkarlıq fəaliyyətinə dəstək olmaq, onları özünəməşğulluq proqramına cəlb etmək və regionlarda sahibkar qadın icmaları yaratmaqdır.

Sonda Quba Sahibkar Qadın İcması yaradılıb. Bu, yaradılmış 8-ci qadın təşkilatıdır. Onların vasitəsilə şəbəkələşmə prosesi davam edəcək.