5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı rayonundan olan bir sıra təhsil işçisi təltif edilib. Bu haqda ShimalNews 4 oktyabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən məlumat verir.
Elm və Təhsil nazirinin əmrinə əsasən, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə mükafatlandıranlar:
- Altay Pənahov – İsmayıllı rayon Diyallı kənd tam orta məktəbin Hərbi və Çağırışaqədərki hazırlıq rəhbəri.
Fəxri Fərmanla təltif olunanlar:
- Rəşadət Abdulov – İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi
- Qumru Həmidova -İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin biologiya müəllimi
- Şakir Həmzəyev – İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
- Pərvanə Piriyeva -İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi
- Şəfəq Şəfaqətova – İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi
- Adilə Səfərova – İsmayıllı rayon Lahıc qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.