Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “4P marketing” mövzusunda ödənişsiz təlim keçirilib. Bu haqda ShimalNews 3 oktyabr tarixində xəbər verir.
Təlimdə KOBİM-in eksperti tərəfindən digital marketing, marketinq planlaşdırmasının əsas istiqamətləri, məhsul, qiymət, marketinq araşdırması, hədəf kütlənin müəyyən olunması barədə ətraflı məlumat verilib. Eyni zamanda 10 nəfər iştirakçının olduğu təlimdə müştəriyönümlü marketinq, rəqib analizi, effektiv reklam yaradıcılığı və brendin yaradılma üsulları ilə bağlı məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.