İsmayıllıda yeniyetmələr arasında velosiped idmanı üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 3 oktyabr tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə (RGİİ) istinadən məlumat verir.
Heydər Əliyev adına Parkda təşkil edilən tədbirdə RGİİ-nin rəisi Taleh Salehov və əməkdaşları, Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva, “İsmayıllı” klubunun baş məşqçisi Oleq Ravçeyev və ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri iştirak ediblər.
İvan Quryev birinciliyin qızıl, Artyom Sokolov gümüş, Aqil Ağazadə isə bürünc medallarını qazanıblar. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.