Şimal Regional Mərkəzi “Sanitar məntəqə komandirləri” mövzusunda təlim keçirib. Bu barədə ShimalNews 3 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları” çərçivəsində mülki müdafiə kursları keçirilib. Seminar FHN qurumlarının iştirakı ilə təşkil edilib. Burada kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib. Həmçinin mövzulara aid foto və videoçarxlar nümayiş edilib.
Sonda kursu uğurla başa vurmuş iştirakçılara şəhadətnamələr təqdim olunub.