Quba rayonunun Zərdabi qəsəbə sakinində marixuana aşkar olunub. Bu barədə ShimalNews 23 sentyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov saxlanılıb. Onun idarə etdiyi “VAZ-21015” markalı avtomobildən 405 qramdan artıq marixuana tapılıb.