Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı daha bir neçə şəhid və yaralanan olub. Bu barədə ShimalNews 20 sentyabr tarixində məlumat verir.

Quba rayonunun Zərdabi qəsəbəsindən olan MAXE Səbuhi Əliyev şəhid olub. O, Qusar rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edirdi. 44 günlük Vətən muharibəsində qəhramanlığına görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Şabran rayonunun Ağbaş kəndindən olan baş leytenant Elçin Səmədov şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət eləsin!

Əlavə məlumat veriləcək.