Qubada “Biz sülh istəyirik” adlı tədbir keçirilib. Bu haqda ShimalNews 20 sentyabr tarixində məlumat verir.
Tədbir Quba Tarix-Diyarşünaslıq Muzeyinin filialı olan A.A.Bakıxanovun Ev-Muzeyində baş tutub. 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş mərasimdə Amsar kənd Diyarşünaslıq Evinin əməkdaşları və Amsar kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
İştirakçılara 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verilib.