Vətən müharibəsi iştirakçısı və qazisi Cavid Arzumanov növbəti dəfə cərrahi əməliyyat keçirib. Bu haqda ShimalNews 19 sentyabr tarixində “Xachmaz Xəbərləri”nə istinadən məlumat verir.
Əməliyyat ötən gün Quba Müalicəvi Diaqnostika Mərkəzində baş tutub. Qazimiz artıq xəstəxana palatasına köçürülüb, vəziyyəti qənaətbəxşdir.
Cavid Arzumanov Xaçmaz RİH Yergüc kənd İnzibati Ərazi Dairəsi nümayəndəsinin müavini vəzifəsində çalışır.
O, “Qubadlının azad olunmasına görə” medalı və Baş Nazir Əli Əsədov tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olub.
