Xaçmazda daha bir körpü uça bilər. Bu haqda ShimalNews 19 sentyabr tarixində Bizim.Media-ya istinadən xəbər verir.

Xaspoladoba kəndində yerləşən körpü 10-15 il öncə tikilib. Lakin heç bir qurumun balansına alınmayıb. Yaxınlıqda çınqıl sexi yerləşir və yük avtomobilləri körpü ilə tez-tez hərəkət edir. Nəticədə onun üzərində çatlar əmələ gəlib və divarın bir hissəsi əyilib.

Qudyalçayın üzərindəki körpünün çökməsindən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov və rayon rəsmiləri Xasdoladobaya səfər ediblər və körpünün qəzalı vəziyyəti ilə tanış olublar. Qərara alınıb ki, polis əməkdaşları tikilinin mühafizəsini həyata keçirsinlər. Buradan yük maşınlarının hərəkəti tam dayandırılıb.

Rayon İcra Hakimiyyəti bildirib ki, körpünün AAYDA-nın balansına keçməsi üçün quruma rəsmi məlumat verilib.

Xaçmazda daha bir körpü qəzalı vəziyyətdədir
Foto Bizim.Media
Xaçmazda daha bir körpü qəzalı vəziyyətdədir
Foto Bizim.Media