Xaçmazın icra başçısı Elnur Rzayev Ləcət kəndində vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 19 sentyabr tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Qəbulda yerli hüquq mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatlarının məsul şəxsləri, həmçinin Ləcət, Moruqoba və Tağaroba kəndlərinin sakinləri iştirak ediblər. Onlar məktəb binasının yenilənməsi, yolların təmiri, işıq, qaz və içməli su ilə bağlı müraciətlər səsləndiriblər.
Qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.