Xaçmazda körpü uçandan sonra işıqforun yeni şəraitə uyğun tənzimlənməməsi narahatlıq yaradır. Bu barədə ShimalNews 19 sentyabr tarixində məlumat verir.

Sakinlər bildirirlər ki, Xaçmazdan Xudata və geri avtomobillə hərəkət etdikdə tıxaclarda qalırlar. Körpü olanda əsas yol üçün 65 saniyə yaşıl işıq yanırdı, Qımılqışlaq yolu üçün isə 25 saniyə idi. Hazırda yalnız 1 istiqamətdən gələn avtomobillər 1 dəqiqədən çox boş vaxt itirir. Belə vəziyyətdə əsəblərini və səbrini cilovlamayan “qırmızıda” keçənləri qarşıda yol polisinin 2 xidməti avtomobili gözləyir və cərimə yazır.

Bundan öncə  AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirmişdir ki, tikinti 2-3 ay vaxt tələb edəcək. Qımılqışlaq isə alternativ yol kimi istifadə edilməlidir. Lakin onun palçıq, çuxur və daş-kəsək olması çətinliklər yaradır. Üstəlik işıqforun iş rejimində hələ də dəyişiklik baş verməyib.