Qubadakı “Nord hospital”ın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 19 sentyabr tarixində xəbər verir.

Qəza sentyabrın 18-i saat 18:00 radələrində Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. “Ford” markalı avtomobil “VAZ-2107”nin qarşısına gözləmədən çıxarkən ona çarpılıb.

Xəsarət alan olmayıb. Əraziyə YPX əməkdaşları cəlb olunublar.