Qubada saat 13:10 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 19 sentyabr tarixində məlumat verir.

Qəza Heydər Əliyev prospektində (“Şane” hotelin qarşısında) baş verib. “Daewoo Nexia” və “Lada Niva” markalı avtomobillər toqquşub. Xəsarət alan yoxdur.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Məlumata görə, “Niva” piyada keçidinin qarşısında saxlayıb. Arxadan gələn “Nexia” ona çarpılıb.