Quba şəhərinin Bəşir Səfəroğlu küçəsində yerin altından su çıxır. Bu barədə ShimalNews-a 19 sentyabr tarixində məlumat daxil olub.
Bir aya yaxındır ki, adıçəkilən küçədə içməli su borusu zədələnib. Sakinlərin sözlərinə görə, borudan ilk əvvəl su sızırdı, lakin son vaxtlar su itkisinin miqdarı çoxalıb.
“Keçən ay boru partlayıb. Dəfərlərlə Azərsuya, bələdiyyəyə müraciət etsək də, hələ də təmir edən yoxdur. Su da axa-axa gedib Heydər Əliyev prospektinə çatıb artıq” – deyə şəhər sakini bildirib.
