İsmayıllıda 11.000 sakinin içməli su ilə təminatı üçün işlər görülür. Bu barədə ShimalNews 19 sentyabr tarixində məlumat verir.
Layihə çərçivəsində İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində “Sukanal” ETLİ-nin mütəxəssisləri tərəfindən topoqrafiya işləri icra edilib.
Bundan öncə təminatın həyata keçirilməsi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq, 12 milyon manat pul ayrılmışdır.