İsmayıllı rayonunda “Gəlin birlikdə qaçaq!” şüarı altında yarış keçiriləcək. Bu haqda ShimalNews 19 sentyabr tarixində məlumat verir.
“Heydər Əliyev İli”nə həsr olunmuş yarışda fərqli yaş qruplarından olan iştirakçılar 14 kateqoriya üzrə mübarizə aparacaqlar:
- 800m – usaqlar (2013- 2015 təvəllüdlü uşaqlar),
- 1000m – usaqlar (2010-2012 təvəllüdlü uşaqlar),
- 1500m – oğlanlar,qızlar(2008, 2009 təvəllüdlü uşaqlar),
- 2000m – oğlanlar, qızlar (2006, 2007 təvəllüdlü uşaqlar),
- 5000m – kişilər, qadınlar (18 yaş üzəri,40 yaş üzəri, 50 yaş üzəri, 60 yaş üzəri).
Qaliblər uşaq, qadın, kişi və veteranlar (40-50 yaş, 50-60 yaş, 60+) kateqoriyası üzrə mükafatlandırılacaqlar.
İdman tədbiri sentyabrın 24-ü saat 11:30-da İsmayıllı rayon Mədəniyyət Mərkəzinin qarşısında start alacaq.
Yarışa idman formasında 1 saat əvvəldən gəlmək lazımdır. Şəxsiyyəti təsdiq edən sənədi özünüzlə götürməyiniz xahiş olunur.
Qeydiyyat üçün link.