İsmayıllı rayon Sərdəhar kənd ümumi orta məktəbinə direktor vəzifəsinə təyinat olub. Bu haqda ShimalNews 19 sentyabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən məlumat verir.

Təhsil Nazirinin müvafiq əmrinə əsasən, RTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbə Rəsmiyyə Nağıyeva təyin edilib.

RTİ-nin müdiri Rövşən Əliyev yeni təyin edilən məktəb direktoru ilə görüşərək onu təbrik edib.