Xaçmazda çökmüş körpünün söküntüsü və ərazinin təmizlənməsi işləri sona çatıb. Bu haqda ShimalNews 18 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Qüdyalçay üzərində yerləşən avtomobil körpüsünün ətrafına xüsusi texnikalar cəlb edilib. Yeni tikilinin inşasına artıq başlanılıb. Körpünün dayaq hissələrinin basdırılmasına, svayların açılmasına start verilib.

Ərazidə müvəqqəti piyada yolu da salınır. Gün ərzində bu işlərin yekunlaşması və piyada yolunun istifadəyə verilməsi gözlənilir.

Sürücülər isə müvəqqəti olaraq, alternativ yol kimi Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb.