Xaçmazda sanitariya-gigiyena qaydalarının təmin olunmasına nəzarət edə bilməyən şəxslər inzibati məsuliyyətə cəlb ediliblər. Bu haqda ShimalNews 18 sentyabr tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Nəticədə 4 bələdiyyə sədri, eləcə də 1 obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.