Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bu haqda ShimalNews 18 sentyabr tarixində Prezident.az-a istinadən məlumat verir.
Sərəncama əsasən, 8000 nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.