Xaçmazda aparılan arxeoloji qazıntılar zamanı insan skeleti aşkarlanıb. Bu barədə ShimalNews 18 sentyabr tarixində Apa-ya istinadən məlumat verir.

Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində tapılan tarixi maddi-mədəniyyət nümunəsi erkən tunc dövrünə aiddir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi tarix elmləri üzrə fəlsəfə doktoru Döyüş Musayev skeletin boyunun 1 metr 20 santimetr olduğuna əsaslanaraq, onun uşağa aid olduğunu bildirib. Eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal olunan sümüklər şimal zonasında bu dövrə aid tapılan ilk insan qalıqlarıdır.

Qazıntılar zamanı ərazidən, həmçinin bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da tapılıb.

Şimal zonasında erkən tunc dövrünə aid ilk insan qalıqları tapılıb
Foto Apa
Şimal zonasında erkən tunc dövrünə aid ilk insan qalıqları tapılıb
Foto Apa
Şimal zonasında erkən tunc dövrünə aid ilk insan qalıqları tapılıb
Foto Apa