Rayonlar üzrə cari həftə keçiriləcək idman tədbirlərinin qrafiki açıqlanıb. Bu barədə ShimalNews 18 sentyabr tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
18 – 24 sentyabr tarixləri aralığında keçiriləcək yarışlar aşağıda təqdim edilib:
Qusar rayonu
– 20 sentyabr, saat 15:00-da – “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar (güləş zalı);
– 24 sentyabr, saat 11:00-da – Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 2010-2012-ci il təvəllüdlü idmançılar arasında yunan-Roma güləşi üzrə Qusar rayon birinciliyi (güləş zalı).
Quba rayonu
– 19 sentyabr, saat 15:00-da – “İdman hamı üçün” layihəsi çərçivəsində boks üzrə kütləvi idman tədbiri (Olimpiya İdman Kompleksi);
– 20 sentyabr, saat 14:00-da – “Heydər Əliyev İli” çərçivəsində keçirilən “Açıq əyləncəli məhəllə futbol liqası”nın A seriyasının final oyunu – (28 May parkı);
– 22 sentyabr, saat 11:00-da – “Badminton hamı üçün” devizi altında kütləvi idman tədbiri (1 saylı tam orta məktəb);
– 23 sentyabr, saat 18:00-da – “İdman hamı üçün” devizi altında kikboksinq üzrə ustad dərsi – (Kikboksinq idman zalı).
İsmayıllı rayonu
– 19 sentyabr, saat 18:00-da – “İdman hamı üçün” layihəsi çərçivəsində “MMA hamı üçün” devizi altında master-klas (Dövlət Peşə Təhsil Mərkəzi);
– 23 – 24 sentyabr, saat 11:00-da – Uşu üzrə “Zəfər – 44” klublararası turnir – (İsmayıllı Olimpiya İdman Kompleksi);
– 24 sentyabr, saat 10:30-da – “Heydər Əliyev İli”nə həsr olunmuş həvəskarlar arasında kütləvi qaçış (Olimpiya İdman Kompleksi).
Xaçmaz rayonu
– 20-27 sentyabr, saat 15:00-da – 2011-2013-cü il təvəllüdlü yeniyetmələr arasında Vətən müharibəsi şəhidlərinin anım gününə həsr olunmuş cüdo üzrə Xaçmaz rayon birinciliyi (UGİŞM);
– 21 sentyabr, saat 17:00-da – “Sağlam həyat” layihəsi çərçivəsində açıq qapı günü (Fitnes Mərkəzi);
– 22 sentyabr, saat 17:00-da – “Bilyard hamı üçün” devizi altında açıq qapı günü – (bilyard zalı);
– 23 sentyabr, saat 17:00-da – “İdman hamı üçün” devizi altında karate üzrə ustad dərsi (UGİŞM).