Qusar rayonu ərazisində yerləşən Şahdağa qar yağıb. Bu haqda ShimalNews 18 sentyabr tarixində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bu gün saat 09:00-a olan məlumata əsasən, dağlıq ərazilərdə qar yağıb. Düşən yağıntının miqdarı Qusarda 19, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Xaçmaz və Şabranda 9 mm-dək olub.
Hazırda Qrız, Qusar və Şahdağda duman müşahidə olunub.