Bu gün şəhid Orxan Balayevin mövlud günü ilə əlaqədar ehsan süfrəsi açılacaq. Bu barədə ShimalNews 18 sentyabr tarixində məlumat verir.

Mərasim şəhidin doğulduğu Alpan kəndində baş tutacaq. Tədbir saat 11:00-da qəbirüstü ziyarətlə başlanılacaq, daha sonra Orxanın doğma evində davam edəcək.

Orxan Balayev 18 sentyabr 1988-ci ildə anadan olub. İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.