Quba şəhərinin mərkəzində kanalizasiya lüku sakinlərə təhlükə yaşadır. Bu barədə ShimalNews 18 sentyabr tarixində məlumat verir.
Bu hal Heydər Əliyev prospektində (LC WAIKIKI mağazalar şəbəkəsinin qarşısı) müşahidə olunur. Kanalizasiya quyusu 3 aydan çoxdur ki, qapaqsız qalır.
“Gecə vaxtı səki ilə gedən o gədər piyada olub ki, quyunun içinə düşüb, ayağını, qolunu zədələyib”- deyə vətəndaş bidirib.
Bu səbəbdən lükün içini zibillərlə doldurublar ki, təhlükəni azaltsınlar.