Quba-Xaçmaz yolunda 2 nəqliyyat vasitəsi qəza törədib. Bu haqda ShimalNews 18 sentyabr tarixində məlumat verir.

Hadisə ötən gün saat 20:30 radələrində Alekseyevka kəndi ərazisində qeydə alınıb. Burada “Hyundai” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Əraziyə DYP və sığorta əməkdaşları cəlb ediliblər.

Sahidlərin sözlərinə görə, Quba istiqamətində hərəkətdə olan “Hyundai”ın qarşısına “07” qəfildən çıxıb və bu zaman qəza baş verib.