Bu gün, sentyabrın 18-i  Milli Musiqi Günüdür. Bununla bağlı shimal.news sizə maraqlı məlumat təqdim edir.

Lahıclı Manaf Süleymanov xalq mahnısı kimi məşhurlaşan “Küçələrə su səpmişəm”in sovet dövründə təhrifə məruz qaldığını iddia edirdi.

XX əsrin əvvəlində Bakıda hava isti olanda su səpən maşınlar küçələri gəzib, su səpirmiş. Bu proses həm yolların tozunu alır, həm də sərinlik yaradırmış. Həmin zaman bolşeviklərin işğalından sonra Bakını xilas etməyə gələn Qafqaz İslam Ordusunun əsgərlərini qarşılayanlar bu mahnını qoşublar. Onlar mahnını belə oxuyurdular:

“Küçələrə su səpmişəm,
Türk gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın”.

Lakin sonradan sovet hökumətinin Azərbaycana qarşı apardığı siyasət nəticəsində mahnıdakı “türk” sözü “yar”la əvəz olunmuş, mahnı isə təhrifə uğramışdır.

Mahnı 1918-ci ildə yaranıb, mətni isə 1982-ci ildə Bakıda “Folklor” kitabında çap edilib. Müğənni Rəşid Behbudov tərəfindən ifa olunduqdan sonra məşhurlaşıb. 2020-ci ildə Dövlət Səs Yazıları Arxivi tərəfindən “Küçələrə su səpmişəm” adlı sənədli film hazırlanıb.

İstinad edilən mənbələr: