Xaçmaz KOBİM tərəfindən  “Biznes-plan və layihələrin hazırlanması” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 18 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən məlumat verir.

20 nəfərin iştirak etdiyi təlimdə biznes-plan anlayışı və ümumi strukturu, biznes-ideyanın yaranması, biznes-planın xülasəsi, sahibkarlıq subyekti, təşkilati planın hazırlanması barədə danışılıb.

Bundan əlavə, bazarın araşdırılması, maliyyə planının hazırlanması və analizi, layihə risklərinin qiymətləndirilməsi ilə bağlı məlumat verilib. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.