İsmayıllıdakı ictimai iaşə obyektində yanğın baş verib. Bu haqda ShimalNews 18 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Xanagah kəndində yerləşən kafedə qeydə alınıb. Ümumi sahəsi 225 kv.m olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları 75 kv.m sahədə və içərisində olan məişət əşyaları yanıb.
Əraziyə cəlb edilən xilasedicilər yanğını söndürərək kafenin qalan hissəsini yanğından mühafizə ediblər.