İsmayıllıdan olan məktəblilər MMA idman növü üzrə çempionatın birinciləri olublar. Bu barədə ShimalNews 18 sentyabr tarixində məlumat verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir TUNC idman klubu tərəfindən təşkil olunub. Yarışda çıxış edən şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri Nihad Abbaslı və Nizami Abbaslı rəqiblərini məğlub edərək qızıl medallara sahib olublar.