Xaçmazın 7 kəndində “Azərişıq” ASC yenidənqurma işlərini aparıb. Bu haqda ShimalNews 18 sentyabr tarixində quruma istinadən məlumat verir.

Yürgüc, Əhmədoba, Hacıəhmədoba, Sərkərli, Üçgün, Padar və Armudpadar kəndlərində işlər yekunlaşıb, Uzunoba, Xanoba və Şıxlı kəndlərində isə davam etdirilir.

Digər kəndlərdə işlər yekunlaşdıqdan sonra rayon ərazisində ümumilikdə 15 minə yaxın sakin elektrik enerjisi ilə təchiz olunacaq.