Xınalıq Tarix-Etnoqrafiya Muzeyi 2001-ci ildə Quba rayonunun Xınalıq kəndində yaranıb. Muzey Xəlilrəhman Cabbarovun rəhbərliyi altında və yerli əhalinin köməyi ilə yaranmışdır. Yerli sakinlər bu muzeyi, həmçinin “Muzey içərisində muzey” adlandırırlar.

Muzeyin binası qədim qalanı xatırladır və iki zaldan ibarətdir. Burada Xınalığın qədim dövlətlərindən qalmış arxeoloji və etnoqrafik materiallar var. Onların arasında xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr mövcuddur.

Muzeydəki əlyazma kitablardan məlum olur ki, Xınalıq kəndi vaxtı ilə elmi mərkəz kimi fəaliyyət göstərib. Burada, həmçinin XVIII-XIX əsrlərə aid misdən hazırlanmış müxtəlif ölçülü samovarlar qorunur. Muzeydə Xınalığın İkinci Dünya müharibəsi iştirakçılarının və qəhrəmanlarının təltif edildiyi medallar da saxlanılır.

İstinad edilən mənbələr: