Bu gün Xaçmazda iribuynuzlu heyvanları daşıyan avtomobil aşıb. Bu barədə ShimalNews 16 sentyabr tarixində Azərtac-a istinadən məlumat verir.

Hadisə Gəndob -Yalama yolunda (Qaradağ Buduq kəndi ərazisi) qeydə alınıb. “Volvo” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yolun kənarına aşıb.

Nəticədə bir neçə heyvan tələf olub. Sürücü xəsarət almayıb.

Araşdırma aparılır.