Xaçmazda xüsusi texnikalar cəlb edilərək uçan körpünün qalıqları sökülür. Bu barədə ShimalNews 16 sentyabr tarixində xəbər verir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər və dərhal yeni avtomobil körpüsünün inşası qərara alınıb.

Sürücülər müvəqqəti olaraq, alternativ yol kimi Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.