Xaçmaz rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 16 sentyabr tarixində məlumat verir.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin iştirakı ilə keçirilən təlim Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Burada məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara biliklərin verilməsidir.

Görüş vaxtında FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Həmçinin iştirakçıların sualları cavablandırılıb.