Xaçmaz rayonunda körpünün uçması nəticəsində çay yatağına düşən avtomobil çıxarılıb. Bu haqda ShimalNews 16 sentyabr tarixində məlumat verir.

Əraziyə FHN-in  Şimal Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər. Onlar qaldırıcı kran vasitəsilə “VAZ-2106”nın təxliyəsini həyata keçiriblər.

Həmçinin qurumun əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparırlar.

Ötən gün Köhnə Xaçmaz kəndi ərazisində baş vermiş hadisə ilə və xəsarət alanlarla bağlı məlumat vermişdik.