Qusardan olan sahibkar bağçılığın inkişafı layihəsi üzrə 615 min manat vəsait əldə edib. Bu haqda ShimalNews 16 sentyabr tarixində məlumat verir.
Bu vəsait Ayaz Ələkbərova Sahibkarlığın İnkişafı Fondundan təqdim edilib. Layihə çərçivəsində 21 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Proqramın maliyyələşdirilməsi “PASHA Bank” ASC vasitəsilə həyata keçirilib.