Bu gün Qusar rayonunda iməcilik keçirilib. Bu barədə ShimalNews 16 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən məlumat verir.

“Təmiz ölkəm” aksiyası çərçivəsində Hil meşəbəyliyin ərazisi təmizlənmişdir. Burada ETSN-nin,  Gənclər və İdman Nazirliklərinin yerli qurumlarının, Rayon İcra Hakimiyyəti orqanlarının, bələdiyyələrin, Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin yerli qurumlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

ETSN hər kəsi  təbiətimizə qayğı ilə yanaşmağa və onu təmiz saxlamağa çağırıb.